Məkkədə zəvvarların qaldığı otel yandı

Məkkədə zəvvarların qaldığı oteldə yanğın baş verib.

Azərbaycanlı zəvvarlardan APA-ya verilən məlumata görə, yanğın zəvvarlarımızın qaldığı ” Əli Musa” otelinin yaxınlığındakı bir başqa oteldə qeydə alınıb.

Hadisə yerinə çoxlu sayda polis, təcili yardım və yanğınsöndürənlər cəlb olunub. Yanğın baş verən oteldə köməksiz vəziyyətdə qalanlar qaldırıcı kranlar vasitəsi ilə  evakuasiya olunublar. Zəvvarların sözlərinə görə, əraziyə 50-dən çox təcili yardım maşını cəlb olunub. Yanğın baş verən oteldə tüstüdən zəhərlənənlərin olduğu deyilir.

Qeyd edək ki, yanğınsöndürənlər yanğının qarşısını alaraq alovun yaxınlıqdakı digər otellərə keçməsinə imkan verməyiblər.

COMMENTS