Məktəbəqədər hazırlıq qurupları açılır

Uşaqların tədris prosesi hazırlığına kömək etmək məqsədilə məktəbəqədər kurslar fəaliyyətə başlayıb.

Başı Şəhəri Təhsil İdarəsindən Axar.az-a verilən məlumata görə, bu məqsədlə artıq bir çox məktəbdə hazırlıq qrupları fəaliyyətə başlayır.

Uşaqların tədris prosesi hazırlığına kömək etmək, onlara müəyyən biliklər vermək məqsədilə yaradılan qruplar bu il oktyabrın 15-dən 2015-ci il mayın 25-dək, həftədə 4 gün fəaliyyət göstərəcək.

2015-ci il dekabr ayının 31-dək 6 yaşı tamam olan uşaqların təhsil ala biləcəyi məktəbəqədər hazırlıq qrupları ödənişli əsaslarla fəaliyyət göstərəcək. Hazırlıq qrupları 89 məktəbdə təşkil olunacaq. Sonda hazırlıq qrupunu bitirən uşaqlara rəsmi sənəd – arayış veriləcək. Müəyyən səbəblərdən hazırlıq qrupuna vaxtında daxil ola bilməyən uşaqlar üçün valideynlərin müraciətlərinə əsasən, dərs ilinin ikinci yarısından etibarən əlavə qruplar təşkil oluna bilər.

Qruplar təşkil olunduğu halda, onlar 2015-ci il yanvarın 10-dan iyunun sonunadək fəaliyyət göstərəcəklər.

COMMENTS