Məktəbli formaları bahalaşıb – RƏSMİ

Məktəbli formaları bahalaşıb – RƏSMİ

Azərbaycanda məktəbli formalarının qiyməti bahalaşıb.

Bu barədə Dosye.org saytına Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov məlumat verib.

Etibar Əzimov deyib ki, manatın devalvasiyası nəticəsində məktəbli paltarlarının hazırlanmasına çəkilən xərclər artıb: “Bildiyiniz kimi, devalvasiya təxminən 40 faiz təşkil etdi. Amma biz əhalinin alıcılıq qabiliyyətini nəzərə alaraq, çalışmışıq ki, məktəbli paltarlarının qiymətini çox qaldırmayaq”.

E.Əzimov bildirib ki, paltarların qiymətində 3 manat artım olub: “34 manatlıq kostyumlar 37, 43 manatlıq kostyumlar 46 manata olub”.

Şöbə rəisi yaxın vaxtlarda məktəbli formalarının dizaynında dəyişiklik olmayacağını deyib: “İndiki iqtidasi şəraitdə paltarların dizaynını dəyişmək məqsədəuyğun deyil. Digər tərəfdən də bu paltarlar əhalini qane edir. Bu formanı ərsəyə gətirmək üçün 50-yə yaxın model işlənib, ictimaiyyətin ixtiyarına verilib. Onlar da seçiblər, hər kəs öz iradını bildirib, həmin iradlar nəzərə alınmaqla bu günkü forma ərsəyə gəlib”.

E.Əzimov valideynlərə bir daha müraciət etmək istədiyini deyib: “Paltarların alnmasını axırıncı günə saxlamasınlar. Bizim bütün rayonlarda mağazalarımız var və ilin istənilən mövsümündə gedib məktəbli paltarlarını ala bilərlər”.

Dosye.org

COMMENTS