Məmur oğlu ‘avtoş’ luq etdi

İyunun 8-də Musayev barəsində cinayət işi qaldırılıb.

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərinin merinin oğlu Badrudin Musayev “avtoş”luq edib.

Dosye.org bildirir ki, hadisənin görüntüləri “Life” saytı tərəfindən dərc edilib. Videoyazıya görə, Badrudin Musayev “Mercedes-Benz” avtomobili ilə təhlükəli fəndləri icra edir və yol polislərinin gözləri qarşısında yol hərəkəti qaydalarını pozur. Hadisə mayın 31-i gecəsi Mahaçqalada baş verib. Dövlət yol hərəkəti təhlükəsizlik müfəttişliyinin əməkdaşları sənədlərin yoxlanılması üçün Musayevi dayandırıblar. Ancaq sürücü sənədləri təqdim etməkdən imtina edib. İyunun 8-də Musayev barəsində cinayət işi qaldırılıb.

Dosye.org

COMMENTS