Məşhur futbolçu 32 saniyəyə 2 sarı aldı

Məşhur futbolçu 32 saniyəyə 2 sarı aldı

ABŞ MLS liqasında “Kaoyun nzas Siti” ilə keçirilən “Los Angeles Qalaksi”nin müdafiəçisi Eşli Koul üçün uğursuz olub.

Qol.az-ın “Sky Sports”a istinadən verdiyi məlumata görə, 35 yaşlı futbolçu 32 saniyə ərzində iki sarı, ardından qırmızı vərəqə almaqla meydandan qovulub.

İngilis futbolçu əvvəlcə yan xətdən topu oyuna daxil edərkən vaxtı uzatdığı üçün sarı vərəqə ilə cəzalandırılıb. Ardından rəqibinə qarşı kobud oynayan Koul qırmızı vərəqə ilə meydandan qovulub.

Qeyd edək ki, karyerası ərzində “Arsenal”, “Çelsi” və “Roma” kimi klublarda oynayan Koul bu ilin yanvarında “Los Angeles Qalaksi”yə transfer olunub.

Dosye.rg

COMMENTS