Məşhur ticarət mərkəzində meyit aşkarlanıb

Bakının Qaradağ rayonunda meyit aşkarlanıb.

Report-un xəbərinə görə, “Sədərək” ticarət mərkəzində yerləşən çörək sexində orada çalışan Neftçala rayon sakini 1957-ci il təvəllüdlü Xanəhməd Abdullayevin meyiti aşkar olunub.

Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

COMMENTS