Mahirin komandasının növbəti sınağı

Mahirin komandasının növbəti sınağı

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi “Dinamo” (Zaqreb) bu gün Xorvatiya çempionatında növbəti oyununu keçirəcək. 

Qol.az xəbər verir ki, komanda 31-ci turda “İstra”nı qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, digərlərindən 1 oyun az keçirən “Dinamo” turnir cədvəlində 63 xalla liderdir. “İstra” isə 26 xalla 8-cidir.

Xatırladaq ki, M.Emreli fevral ayından “Dinamo”da oynayır. O, komandanın heyətində yerli çempionatda 4 matçda 1 qol vurub.

Xorvatiya çempionatı, 31-ci tur

20:00. “Dinamo” (Zaqreb) – “İstra” 

COMMENTS