Təhsil nazirliyinin vəzifəliləri bir ilə milyonçu olurlar


Təhsil nazirliyinin vəzifəliləri bir ilə milyonçu olurlar

Font ölçüsü

elman.jpg

Eldar Mahmudovun Ceyhun Mirzəsi Gəncədə ən varlı məmur sayılır

Təhsil nazirliyinin Daxili Nəzarət şöbəsinin Qərb nümayəndəliyinin rəhbəri Ceyhun Mirzə hazırda Gəncədə ən varlı məmur sayılır. Bu şəxsin bir neçə villası, son model avtomobilləri gözləri qamaşdırsada Təhsil nazirliyinin rəhbərliyi susur və bu pulların hansı yolla qazanıldığının hesabını aparmır. Əslində nazirliyin susmasının ən başlıca səbəbi qazanılan çirkli pullarda Ceyhun Mirzə ilə şərik olmasıdır.

Hər alınan rüşvətdə pay sahibi olan Təhsil nazirliyinin Daxili Nəzarət Şöbəsinin rəisi Kənan Quliyev aldıqlarını yuxarıdakılarla paylaşdığını gizlətmir. Nəzərə alsaq ki, Kənan Quliyev sabiq MTN-çidir və Eldar Mahmudovun yaxın qohumudur onda daha ciddi məsələlər meydana çıxır. Ən azı özünü qorumaq üçün nazirə verdiyini qeydlərlə həyata keçirən bu şəxs nazirliyin ən varlı məmurlarından biri sayılır. Kənan Quliyevin Qərb zonasındakı  “qoçusu” adlanan Ceyhun Mirzə isə daha varlıdır. Şəhərin təhsil işçilərinin də yaxından tanıdığı bu şəxs direktor və digər vəzifəliləri şantaj etmək yolu ilə milyonlar qazanıb. Məhz bunun sayəsində şəhərdə 3 ev, istirahət zonalarında villalar, son model avtomobillər alan Ceyhun Mirzə çəkinmədən əməllərini davam etdirir, hamını hədələyir.

Kənan Quliyev- bu şəxsin kimliyi və keçmişi çoxları üçün qaranlıq qalmaqdadır. Xatırladım ki, Kənan Quliyev Təhsil naziri Mikayıl Cabbarovun sirli qutusu sayılsada onun saxtakar əməlləri cəmiyyətdə hazırda müzakirə mövzusudur.

Kəna Quliyev sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumudur. Məhz Eldar Mahmudovun Təhsil naziri Mikayıl Cabbarovla dostluq münasibəti olduğundan nazirlikdə bu şəxs üçün xüsusi şöbə yaradıldı. Həmin şöbənin yaradılışını xüsusi qeyd edən Eldar- Mikayıl Cabbarov cütlüyü Kənan Quliyevi həmin şöbənin rəisi vəzifəsinə təyin etdilər. Həmin qeyd olunma qonaqlığında oiştirak edən Kənan Quliyevin Təhsil nazirinə sadiqlik andı içdiyi bildirilir. Görünən o ki, Mahmudovun qohumu “nə aldımsa şərikik” andına sadiq qaldığı üçün bazara çevrilən təhsil sistemində qoruyucu maskanın yeganə sahibidir.

Kənan Quliyev bu vəzifəyə təyin olunandan sonra bir çox məktə və digər təhsil müəssisələrinin direktorları şantaj olunaraq vəzifələrindən kənarlaşdırıldılar. Təhsil sistemində kütləvi rüşvət toplama əməliyyatına start verildi. Nəticədə Təhsil ocaqlarında dərəbəylik, özbaşınalıq hökm sürməyə başladı. Hazırda da davam edən və daha ciddiləşən rüşvətxorluq indi Kənan Quliyevi əzazil idarəetməsinin iç üzünü açmaqdadır.

Kənan Quliyev bu vəzifədə olduğu dövrdə onun sözünü və ya qanunsuz tələbini icra etməyənləri cəzalandırmaq üçün ölkədə “vəhşi” adı qazanan qohumu Eldar Mahmudova müraciət edirdi. Həmin müraciətdən çox keçməmiş Eldar Mahmudovun kəsib biçən qılıncı Akif Çovdarov baş verənlərə müdaxilə edirdi. Çox keçmirdi ki, Kənan Quliyevin day-dayısı onun üzünə “ağ” olan məmurları Çovdarovun həbsxanasına göndərirdi.

Beləcə bütün istəklərini həyata keçirən Kənan Quliyev Qərb bölgəsini də nəzarətsiz buraxmadı. Ora MTN və ya Eldar Mahmudovun digər kadrını – Ceyhun Mirzəni təyin etdirdi. Ceyhun Mirzə Təhsil nazirliyinin daxili nəzarət şöbəsinin Qərb bölgəsinə rəhbər təyin olunandan sonra Eldar Mahmudov və Akif Çovdarov sayağı idarəetməni həyata keçirməkdədir. Təsadüfü deyil ki, qısa zamanda milyonçu olan bu şəxs yuz minlərlə ölçülən mülklərin sahibinə çevrildi. Bundan başqa Ceyhun Mirzə avtomobil ticarətində də kifayət qədər ad çıxarıb. Bu şəxsin son model avtomibillrəin satışını təşkil etməsiyaranmış duruma aydınlıq gətirir. Əlavə olaraq bütün qohumlarını demək olar ki, vəzifələrə yerləşdirən, işə getməmələrinə baxmayaraq kartlarını cibində gəzdirən, maaşlarını alan Mirzənin gəliri yaman artıb. Nə qədər acı olsa da şəhər rəhbərliyi Gəncə təhsilində Ceyhun Mirzə bəlasına çarə tapa bilmir.

Ceyhun Mirzənin saxta diplomlu yaınları hazırda müxtəlif təhsil idarələrində “ölü canlar” olaraq qeydiyyatdadırlar. Şəhər təhsil idarəsi bu şəxsin ÇOVDAROVsaya, Ceyhun Mirzənin Sumqayıt şəhər DTX-sı müdafiə edir. O şəxs ki, onu vəzifəyə Eldar Mahmudov gətirib. Sumqayıt DTX-sının qohumu olan Mirzə daha yüksək qohumu tərəfindən də dəstəklənir. Həmin qohumun bu gün 170 min manatlıq dələduzluqda ittiham olunduğunu nəzərə alsaq vəziyyətin yaratdığı bir həqiqət göz çıxarmaqdadır. Dələduzluq, rüşvətxorluq bu qohumların həyat amalıdır yoxsa seçdikləri yoldur.

Biz “Hürriyyət” olaraq kimsəni ittiham etmək səlahiyyətində olmasaq da ölkə rəhbərliyinin diqqətinə bu gün Gəncə və qərb bölgəsinin təhsil sistemində baş verən dəhşətli faktları  çatdırırıq. Qəribədə olsa həmin faktları bilən nazir susur. Belə olan təqdirdə söz Ölkə başçısının, cinayət prosesual məcəlləyə nəzarət edən Baş prokurorundur.

Mövzuya qayıdacağıq.

İkram Rafiqoğlu (dosye.org)

Xəbər Lenti

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.