Masallı meşələri talanır- nazir isə susur

Masallı meşələri talanır- nazir isə susur

Redaksiyamıza Masallı Regional Meşə Təsərrüfatından  doğuracaq material daxil olub. Dosye.org-a məlumat verən etibarlı mənbəmiz bildirir ki, meşələr talan edilir, xırda məmurlar nəzarətdən yayınır. Bu kimi hallar rayonlarda, daha dəqiq desək cənub bölgəsində geniş füsət alıb.şok

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin​ baş mühasibi Mansur Nurəliyev MRMTM-nin təsərrüfatında olan 10 dən çox arı kənbirlərini vaxtilə MRMTM-nin​ Cəlilabad meşəbəylikləri üzrə baş mütəxəssis vəzifəsində işləmiş Həzərxan Abıyevdən qanunsuz olaraq 800 manat pul alaraq təsərrüfatdan silmiş və bu işdən xəbər tutan Mərkəzin direktoru Adəm İsmiyev bərk qəzəblənmiş “əgər bunun üstə açılsa bizim hamımızı tutarlar” sözlərini bildirmişdir.. 2020-ci ilin son rübündə iki dəfə M.Nurəliyev Yeyənkənd​ meşəbəyliyini​ xeyli qərıntısı olan və hətta adında xeyli cərimələr olan meşə dolaylarının gözətçilərinə hərəsindən 50 manat almaq şərtilə onlara mükafat yazmışdır. MRMTM-nin baş mühasibi Mansur Nuriyev Meşələrin İnkişafı Xidmətinin sabiq rəisi, adı mətbuatda tez-tez hallanan Ağaqardaş Qaraşovun qudasının (qızının qaynatasının) yaxın qohumudur. Hazırda Masallıda A.Qaraşovun​ 10 dən çox mebel sexləri vardır ki,​ o sexlərə qanunsuz olaraq M.Nuriyevin əliyə materiallar daşınır.​ M.Nuriyevdən MRMTM-nin meşəbəylikləri yaman çəkinir və istədiyi vaxtı meşədən mebel sexlərinə material sifariş verir və bu da qarşılıqlı olmaqla həll edilir. Növbəti yazılarımızda direktor və digər şəbəkələr haqqında geniş məlumat veriləcək.

DOSYE.ORG

COMMENTS