Maştağada bıçaqlanma

Sabunçu rayonu Maştağa qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb.
 
Sabunçu Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, sentyabrın 3-də saat 1:00 radələrində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Subtropik Sovxozu, 20 saylı evin qarşısında 1987-ci il təvəllüdlü Hacıağayev Namiq Rəhim oğlu ilə 1992-ci il təvəllüdlü İsayev Natiq Qəhrəman oğlu arasında şəxsi münasibətlərin pozulması nəticəsində mübahisə baş verib.
Mübahisə zamanı Namiq Hacıağayev Natiq İsayevə bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.
 
Sabunçu rayon Prokurorluğundan Trend-ə bildiriblər ki, faktla bağlı Cinayət Məcəlləsinin 29-cu (Cinayət etməyə cəhd) və 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

COMMENTS