Maykl Pompeo: “ABŞ Yaxın Şərqdəki terrorçulara hava zərbələrini davam etdirəcək”

Maykl Pompeo: “ABŞ Yaxın Şərqdəki terrorçulara hava zərbələrini davam etdirəcək”

“ABŞ Yaxın Şərqdə terrorçulara bağlı hədəflər ortaya çıxdıqca onlara hava zərbələri endirməyə davam edəcək”.

Dosye.org  “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo Qahirə Amerika Universitetində ölkəsinin Yaxın Şərqdəki fəaliyyəti və hədəflərinə həsr olunan çıxışı zamanı bildirib.

“ABŞ terrorla mübarizədə bundan sonra da etibarlı tərəfdaş olacaq. Regionda hədəflər ortaya çıxdıqca hava zərbələrinə davam edəcəyik. İŞİD-i məhv etmək üçün koalisiyadakı ortaqlarımızla birgə çalışacağıq. Yaxın Şərqdə və bütün dünyada sığınacaq axtaran terrorçuları izləməkdə davam edəcəyik”, – deyə dövlət katibi vurğulayıb.

Dosye.org

COMMENTS