Meri öldürənlər həbs edildi

Ukraynanın hüquq-mühafizə orqanları Kremençuk şəhərinin azərbaycanlı meri Oleq Babayevi qətlində şübhəli bilinən 4 nəfəri saxlayıb.

 

Dosye.org Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Oleq Babayev iyulun 26-da evinin bir neçə yüz metrliyində güllələnib.

 

Qatillər səsboğucu tapança ilə ona üç dəfə atəş açaraq “VAZ-2109” markalı “Jiquli” ilə hadisə yerindən uzaqlaşıblar. Cinayətkarların istifadə etdikləri avtomobil bir qədər sonra Poltavski vilayəti ilə sərhəddə tapılıb.

 

Hüquq-mühafizə orqanları qətlə bağlı bir neçə versiya üzərində işləyirlər: professional fəaliyyət, biznes fəaliyyəti və şəxsi qarşıdurma. Prokurorluq qətli sifariş hesab edir.

Saxlanılanlardan ən kiçiyinin 22 yaşı var.

COMMENTS