Meşə quldurlarını kim himayə edir?

Meşə quldurlarını kim himayə edir?

Son günlər gündəmi zəbt edən və ekologiya naziri Muxtar Babayevin qəzəbinə tuş gələn “paxlava” şousu bu gündə davam etməkdədir.

Dosye.org Azerinfo.az-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi “şou” göstərməkdə Mədəniyyət Nazirliyindən çox öndədir. Yaxşı olardı kı, bu nazirliklərin adları dəyişilsin.

Sayt yazır ki, 18 mart 2021-ci ildə Ekologiya Nazirliyinin bəzi yüksək vəzifəli işçilərinin iştirakı ilə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Göytəpə meşəbəyliyinin 13 saylı dolayında 1.00 ha ərazidə ağcaqayın və şabalıdyarpağ palıd qozaları əkilmişdi. Amma çox təəssüflər olsun ki, bu əkilən yerin gələcək taleyi barədə maraqlanan olmadığı üçün, həmin yerdə olan ağaclar baxımsızlığdan qurumuş, əkin yeri isə mal-qara yatağına çevrilərək at peyni və mal-qara təzəyı ilə dolmuşdur.

DOSYE.ORG

COMMENTS