Millətlər Liqası: Dünya üçüncüsü darmadağın edildi

Millətlər Liqası: Dünya üçüncüsü darmadağın edildi

UEFA Millətlər Liqasının qrup mərhələsində İngiltərə və Xorvatiya milliləri üz-üzə gəlib.

Dosye.org xəbər verir ki, matç ingilislərin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun 57-ci dəqiqəsində Andrey Kramariç son Dünya Çempionatının finalçısı Xorvatiyanı önə keçirib. İngiltərə bu qola 78-ci dəqiqədə Linqard ilə cavab verib. 7 dəqiqə sonra isə Herri Keyn qələbə topunu vurub.

Günün digər maraqlı matçında isə saat 23:45-də İsveçrə və Belçika yığmaları üz-üzə gələcəklər.

İsveçrə son Dünya Çempionatının 3-cüsü Belçikanı 5-2 hesabı ilə məğlub edib. İsveçrənin qollarını Səfəroviç (3), Rodrigez və Elvedi vurub. Belçikanın heyətində isə Torqan Azar dubl edib.

Dosye.org

COMMENTS