Milli Qəhrəmanlar Goranboydan Ziya Məmmədova şikayət edir

“Goranboya giriş bir aydır ki, bağlıdır. İnsanlar bundan böyük əziyyət çəkirlər. Sanki bəzi adamlar insanlara əziyyət verməkdən zövq alırlar”.

 

Bunu Modern.az-a Goranboydan olan Milli Qəhrəman Məhəmməd Həsənov məlumat verib.
Milli Qəhrəman bildirib ki, bu gün rayonda yaşayan insanlara qarşı belə laqeydlik onları sarsıdır:

“Biz dəfələrlə Goranboya giriş üçün yolun hansı səbəbdən bağlandığını öyrənməyə çalışsaq da, aidiyyatı qurumlardan cavab ala bilməmişik. Goranboya gələn insanlar məcbur olub digər kəndlərin ərazisindən keçməklə rayona gəlirlər. Burda tək yerli əhali deyil, Xocalı, Kəlbəcər, Füzuli, Ağdamdan olan məcburi köçkünlər, Ermənistandan olan qaçqınlar məskunlaşıb. Bu insanları belə incitmək olmaz”.

M.Həsənov bildirib ki, bu məsələ ilə bağlı rayonun digər Milli Qəhrəmanı Maşallah Abdullayevlə birlikdə Nəqliyyat Nazirliyinə müraciət ediblər:

“Goranboy Ağsaqqallar Şurası, Əlillər Cəmiyyəti, Veteranlar Birliyi də müraciətimizə qoşulub. Biz məsələnin hansı səbəbdən baş verdiyini öyrənmək istəyirik”.

COMMENTS