Milli Şura mitinq keçirtdi

Milli Şura mitinq keçirtdi

“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirdi ki, xalq öz hüquqları uğrunda mübarizə aparmalııdr: “Heç bir qəddar rejim xalqın gücü qarşısında dayana bilməz. Buna görə də vicdanlı və vətəndaş məsuliyyətini bilən insanlarımız öz mübarizəsilə bu hakimiyyətə qalib gələcək”.

***
Çıxış edən Milli Şuranın sədri Cəmil Həsənli bildirdi ki, necə ki bayrağımızda ulduzumuz ayparamıza sığınıb, xalqımız da bayrağını başı üzərində qaldırıb azadlıq və demokratiya uğrunda mübarizəyə sarılıb. “Gün o gün olsun ərazi bütövlüyümz təmin olunsun ruhumuza hopmuş bu üçrəngli bayraq bütün yurdlarımızda dalgalansın”, deyə C.Həsənli vurğuladı. C.Həsənli siyasi məhbusların adlarını bir-bir sadalayaraq, onlara azadliq istədi.

Cemil bəy yol boyu divarlar çəkilməsinə işarə vurub dedi ki, hasar təfəkkürlü bu adamlar divarların yıxıldığı bir vaxtda ölkəni çəpərləmə dövrünə qaytarırlar. Azərbaycanın güclü dövlət ordusunun da güclü olduğu haqda İlham Əliyevin bəyantlarını xatırladan Cəmil bəy dedi ki, ərazisinin 20 faizi 20 ildir işğalda olan ölkənin ordusunun güc meyarını bunlar nə ilə ölçürlər? “Bəlkə xaricə çıxardıqları pullarala? Zülm olan yerdə dirəniş olmalıdır Eşq olsun sizlərə ki bu dirənişi təmin edirsiniz”, deyə C.Həsənli vurğuladı.

***

Milli Şuranın “siyasi məhbuslara azadlıq” şüarlı aksiya keçirib. Saat 15.00-da başlayan aksiya 2 saat davam edib.

Aksiyada çıxış edən AXCP sədri Əli Kərimli vurgulayıb ki, hazırda tarixi ədalət bərqərar olunub. Milli Şuranın aksiyasının vaxtının dəyişdirilməsi ilə hakimiyyətin təxribat həyata keçirdiyini deyən Ə.Kərimli bildirdi ki, mitinqin bu gün keçirilməsi ilə Bayraq Günü bayramında meydan o bayragı həqiqi sevənlərinin oldu. “Bu mitinq tarixi hadisədir. Bizim mitinqlər tarixi əhəmiyyət daşıyır. Bu gün ölkədə şər meydan sulayır. Belə rejimlərin olduğu ölkələrin hamısında xalq susdurulub. Amma Azərbaycanda bütün reprsssiyalara baxmayaraq xalq meydandadır, şərə etiraz edir. Bu fenomendir”.

***
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Demokratik Qüvvələrin Milli Şurasının bu gün keçiridyi aksiya ilə bağlı məlumat yayıb.

BŞBPİ-dən musavat.com-a daxil olan məlumata görə, Yasamal rayonundakı “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib: “ Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, İslam, həmçinin Müsavat, Xalq partiyalarının, eləcə də bir sıra digər müxalifətyönümlü qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 700 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib”.

***

Azərbaycan Mətuat Şurası Milli Şuranın noyabrın 9-da Yasamal rayonu ərazisində yerləşən keçmiş “Məhsul” stadionunda keçirilmiş icazəli mitinqində jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb. Aksiyada prosesi işıqlandıran kütləvi informasiya vasitələrinin təmsilçiləri üçün xüsusi yerlərin ayrıldığı müəyyənləşdirilib. Bundan başqa onların sərbəst hərəkətlərinə və xidməti vəzifələrini səmərəli şəkildə icra etmələrinə də hər hansı maneə qeydə alınmayıb.

Şuranın Daxili İşlər Nazirliyi ilə birgə yaradılmış monitorinq qrupunun mitinqdə iştirak edən üzvlərinə, həmçinin Mətuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının təmsilçilərinə jurnalistlərin fəaliyyətinə məhdudiyyətlərin yaradılmasına dair müraciət edilməyib.

Mətbuat Şurasının monitorinq qrupu icazəli aksiyada peşə vəzifəsini yerinə yetirmiş jurnalistlərin əsasən üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb.

COMMENTS