Millimizə qol vuran futbolçu danışdı

Millimizə qol vuran futbolçu danışdı

Norveç millisinin müdafiəçisi Hovard Nordtveyt “Avro-2016″nın seçmə mərhələsində millimizə qalib gəldikləri oyun (1:0) haqda danışıb.

 

Qol.Az-ın məlumatına görə, ölkəsinin mətbuatına danışan 24 yaşlı futbolçu Bakıda vacib qələbə qazandıqlarını bildirib:

“Vacib qələbə qazandıq. Komanda yoldaşım Ştefandan gözəl ötürmə aldım. Ondan bu ötürməni gözləyirdim və dəqiq baş zərbəsi ilə hesabı açdım. Azərbaycanın ilk dəqiqələrdən aqressiv oynayacağını bilirdik. Bu oyunda qalib gəlməyimiz yaxşı oldu. Bakıya elə 3 xal üçün gəlmişdik və buna da qazandıq. Bu komandamızın potensialının olmasından xəbər verir. Artıq fasiləyə yüksək əhval-ruhiyyədə yollana bilərik”.

Qeyd edək ki, məhz Nordtveytin matçın 25-ci dəqiqəsində vurduğu qol Norveç millisinə yığmamızla görüşdə minimal hesablı qələbə qazandırıb.

COMMENTS