Millimiz FİFA reytinqində mövqeyini qorudu

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

 

Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan millisinin mövqeyində dəyişiklik olmayıb.

Berti Foqtsun komandası 413 xalla 73-cü pillədə qərarlaşıb. “Avro-2016″dakı rəqiblərimizə gəlincə ən yaxşı göstərici yenə də İtaliya millisinə məxsusdur. “Skuadro Adzuro” 1069 xalla 14-cü sıradakı mövqeyini qoruyub.

Digər rəqiblərimizdən Xorvatiya bir pillə irəliyərək 16-cı olub. Norveç (0) 53-cü, Bolqarıstan (0) 72-ci və Malta isə (0) 150-ci pillədə qərarlaşıb.

Siyahıya “DÇ-2014″ün qalibi Almaniya millisi başçılıq edir. Mundialın gümüş mükafatçısı Argentina yığması ikinci, Hollandiya isə üçüncü olub.

COMMENTS