Millimizin 2016-cı ildə ilk oyunu

Millimizin 2016-cı ildə ilk oyunu

Bu gün milli komandamız yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

Qol.az-ın məlumatına görə, Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız 2016-cı ilin ilk oyununu Qazaxıstan millisinə qarşı keçirəcək.

Türkiyənin Antalya şəhərində baş tutacaq oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, Qazaxıstan yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində 125-ci yeri tutur. Azərbaycan isə  112-ci pillədə qərarlaşıb.

26 mart

Yoxlama oyunu

19:00. Azərbaycan – Qazaxıstan
Hakimlər: Ali Palabıyık, Ceyhun Səsigözəl, Kərəm Ersoy, Halil Umut Meler.
Antalya. “Qloriya Sports Arena”.

COMMENTS