Millimizin futbolçusu ÇL oyunları üçün sifariş edildi

Millimizin futbolçusu ÇL oyunları üçün sifariş edildi

Türkiyə çempionu “Başakşəhər” Çempionlar Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Qol.az xəbər verir ki, 24 futbolçudan ibarət siyahısında Azərbaycanın U-21 millisinin üzvü Emre Kaplan da yar alıb.

Qeyd edək ki, İstanbul təmsilçisi H qrupunda PSJ, “Mançester Yunayted” və “Leypsiq”lə mübarizə aparacaq.

DOSYE.ORG

COMMENTS