Millimizin heyətində dəyişiklik edildi

Millimizin heyətində dəyişiklik edildi

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da İtaliya, 3 gün sonra isə Bolqarıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisinin qeyd olunmuş oyunlar üçün açıqlanmış heyətində dəyişiklik baş verib. 

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qarabağ” klubunun üzvü Cavid Tağıyev zədələndiyi üçün millinin heyətindən çıxarılıb. 

Əvəzində, Elvin Məmmədov (Qarabağ) və Maqomed Mirzəbəyov (Qəbələ) milli komandaya dəvət olunub.

COMMENTS