Millimizin oynuna nə qədər bilet satılıb?

“Avro-2016″nın seçmə mərhələsində sabah keçiriləcək İtaliya – Azərbaycan matçına bilet satışı davam edir.

 

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, Palermo şəhərində baş tutacaq oyun üçün artıq 25 min bilet satılıb.

Oyun saatına qədər daha çox biletin satılacağı bildirilir.

Qeyd edək ki, matçın keçiriləcəyi “Renzo Barbera” stadionu 36.349 nəfər tamaşaçı tutumuna malikdir. Oyun sabah, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

COMMENTS