Millimizin oyununda erməni şərhçi

Millimizin oyununda erməni şərhçi

Oktyabrın 10-da “Avro-2016″nın seçmə mərhələsində keçiriləcək Azərbaycan – İtaliya matçını Rusiyanın “NTV Plyus” telekanalı da canlı yayımlanacaq.

Qol.Az-ın “Sportbox.az”a istinadən verdiyi məlumata görə, artıq görüşün şərhçisi də müəyyənləşib.

Azərbaycan – İtaliya matçı “NTV Futbol 2″də İtaliya çempionatının oyunlarını şərh edən erməni Nobel Arustamyana həvalə olunub.

Maraqlıdır ki, sözügedən Rusiya telekanalında həmyerlimiz Elvin Kərimov çalışsa da, İtaliya yığması ilə oyunu şərh etmək erməni Arustamyana tapşırılıb.

Əlavə edək ki, E.Kərimov Azərbaycan komandalarının iştirakı ilə keçirilən oyunları şərh edir. Xüxusilə də, klublarımızın Avropa Liqasındakı oyunları Kərimova həvalə edilir.

Qeyd edək ki, Kərimovun “NTV Plyus”da Arustamyanla birgə şərhçiliyi də olub. Bu, Çempionlar Liqasında “Yuventus” və “Qalatasaray” arasında keçirilən oyuna təsadüf edib. Həmin görüşdə Arustamyan “Yuventus”a, Kərimov isə “Qalatasaray”a azarkeşlik edib. Matç 2:2 hesabı ilə başa çatıb.

COMMENTS