Millimizin üzvü 90 dəqiqə oynadı

Millimizin üzvü 90 dəqiqə oynadı

Ukrayna Premyer Liqasında 8-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” bu turda doğma meydanda “Desna” ilə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.

Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 70-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

“Aleksandriya” 8 turdan sonra 10 xalla 14 komanda arasında 8-ci pillədə qərarlaşıb.

DOSYE.ORG

COMMENTS