Millinin qapıçısı öldürüldü

Millinin qapıçısı öldürüldü

Cənubi Afrika Respublikası (CAR) millisinin və “Orlando Payrets” klubunun qapıçısı Senzo Meyiva naməlum şəxslər tərəfindən öldürülüb.

 

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərəgörə, 27 yaşlı qolkiperin ölkəsində odlu silahla qətlə yetirildiyi bildirilib. Bir güllə yarası alan futbolçu xəstəxanaya aparılan zaman keçinib.

Qeyd edək ki, S.Meyiva son olaraq oktyabrın 25-i “Ayaks”a (Keyptaun) qarşı keçirilən matçda 90 dəqiqə meydanda olub. Həmin görüş “Orlando Payrets”in 4:1 hesablı qələbəsi ilə başa çatıb.

COMMENTS