Mitinqdə İŞİD bayrağını qaldıran şəxs etiraf etdi

Dünən Milli Şuranın Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda keçirdiyi mitinqdə İŞİD bayrağını qaldıran şəxsin kimliyi bəlli olub.

 

AzNews.az mitinq zamanı İŞİD qruplaşmasının bayrağını açan şəxslərdən birini taparaq onunla söhbət edib.
Adının Ramin Quliyev olduğunu deyən həmin şəxs mitinqə dostunun dəvəti ilə gəldiyini vurğulayıb:
“Dostum mənə dedi ki, şəhərdə icazəli mitinq var. Mən onunla birgə mitinqə qatıldım. Stadionda durub mitinqi izləyən zaman tanımadığım bir şəxs mənə bir bayraq verdi və dedi ki, bunu dalğalandır. Mən heç nə başa düşmədim və bayrağı açanda üstümə hücum çəkildiyini gördüm. Bir neçə nəfər məni stadiondan kənarlaşdırdı. Daha sonra isə ərazidə olan polislər məni Yasamal Rayon Polis idarəsinə apardı. Şəxsiyət vəsiqəm üstümdə idi, “Samsung”da kreditim var, banka gedip pul ödəməliydim, polislərə şəxsiyət vəsiqəmi təqdim etdikdən sonra məni bölmədən buraxdılar”.
Qeyd edək ki, dünən Milli Şuranın “Məhsul” stadionunda keçirdiyi mitinq zamanı İŞİD qruplaşmasının bayrağı qaldırılıb.
Bu olaya ölkənin istər müxalifət, istərsə də iqtidar düşərgəsi münasibət bildirib.

COMMENTS