“Monako” çox güclüdür” – İbrahim Şehiç

“Monako” çox güclüdür” – İbrahim Şehiç

“Rəqib çox güclüdür. Mən onların çıxışını ötən il izləmişəm. Vaxtilə Çempionlar Liqasında oyunlarına baxmışam”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu İbrahim Şehiç Avropa Liqasının qrup mərhələsində “Monako” ilə keçiriləcək oyun öncəsi təşkil edilən mətbuat konfransında deyib.

Bosniyalı qolkiper rəqib haqda müsbət fikrilər söyləyib: “Ola bilsin, bəzi futbolçuları satıblar. Ancaq yenə də rəqibin gücünə şübhə yoxdu. “Monako” istedadlı gənc və təcrübəli usta futbolçuların vəhdətindən qurulmuş kollektivdir. Ona görə də diqqətli olmalıyıq”.

COMMENTS