Monako Şahzadəsi ilk Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək

II Albert tədbirdə iştirak etmək məqsədilə bu gecə Azərbaycana gəlib

Daha bir ölkənin nümayəndəsi ilk Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak etmək üçün ölkəmizə gəlib. ANS PRESS-in məlumatına görə, Monako Knyazlığının Şahzadəsi II Albert ilk Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Azərbaycana gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Şahzadə II Alberti Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.

COMMENTS