Moskvada ermənini öldürüb maşını ilə birgə yandırdılar

Moskvada erməni taksi sürücüsü Qaqik Teymurazyan qətlə yetirilib.

Musavat.com erməni KİV-ə istinadən xəbər verir ki, sürücünün sonuncu sərnişinləri cinayətkarlar olublar. Onlar gedişhaqqını ödəmək əvəzinə Teymurazyana bıçaq zərbələri vurublar. Bundan sonra onun cəsədini maşının yük yerinə qoyub, benzin töküb və yandırıblar.

Hüquq-mühafizə orqanları Moskvanın Kaşir rayonunda baş verən hadisənin qatillərini isti izlərlə tapıblar.

Erməni qaynağı yazır ki, Vanadzordan olan, ali təhsilli, 50 yaşlı Qaqik Teymurazyan ötən ay 4 övladı ilə xudahafizləşərək işsizlik üzündən və banka borclarını qapatmaq ümidi ilə Rusiyaya gedibmiş. Öz evini girov qoyan Teymurazyan təzəcə sürücülük edirmiş.

COMMENTS