Moskvada İŞİD döyüşçüsü tutulub

Moskvada xüsusi xidmət orqanları İŞİD terror təşkilatının üzvü olan Rusiya vətəndaşını saxlayıb.Bu barədə hüquq-mühafizə orqanlarından “İnterfaks”-a məlumat daxil olub.

Əməliyyatçıların məlumatına görə, İŞİD döyüşçüsü 2013-ci ilin sonu 2014-cu ilin əvvəlində Suriyada döyüşlərdə iştirak edib. Onun barəsində “qanunsuz silahlı qrupların tərkibində iştirak” maddəsi ilə cinayət işi açılıb. İŞİD döyüşçüsünü 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.(Lent.az)

COMMENTS