Motosiklet sürücüsünü döyən məmur həbs edildi – YENİLƏNİB

Motosiklet sürücüsünü döyən məmur həbs edildi – YENİLƏNİB

Bakıda yol vermədiyi üçün moped sürücünə güc tətbiq edən Sultan Dadaşov məhkəmə qarşısına çıxarılıb.

DOSYE.ORG APA-ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Sultan Dadaşov inzibati qaydada 25 sutka müddətinə həbs edilib.

***

Ötən gün Bakıda motosikletçiyə qarşı xuliqanlıq edən Sultan Dadaşov saxlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun barəsində inzibati protokol tərtib edilib və baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib.

Məhkəmə gün ərzində S.Dadaşov barəsində qərar çıxaracaq. Onun inzibati qaydada həbs ediləcəyi bildirilir.

Qeyd edək ki, Sultan Dadaşov əvvəllər Prezident Sarayının təminat şöbəsinin müdiri olub. O, 2022-ci ilin əvvəlində vəzifəsindən azad olunaraq Prezidentin İşlər İdarəsində inzibati xarakterli sıravi işə keçirilib.

***

12:40

Bakıda motosikletçini döyən “Leksus” markalı avtomobilin sürücüsünün saxlanılması və məhkəmə qərarı ilə 25 sutka müddətinə həbs edilməsi xəbəri doğru deyil.

Bu sözləri Axar.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

N.Əliyev qeyd edib ki, yayılan məlumatlar rəsmi deyil.

***

12:26

Bakıda Leksus markalı avtomobillə motosikletçini döyən Sultan Dadaşov saxlanılıb.

DOSYE.ORG Qaynarinfo.az-a istinadən xəbər verir ki, S.Dadaşov 25 sutka müddətinə həbs edilib.

COMMENTS