“MTN-çilərin qənimi” idarə rəisi gətirilir

Bakıldakı bütün tikinti işlərinə xüsusi nəzarət edən Rəşad Əliyev yaxın günlərdə mühüm postlardan birinə təyinat alacaq

Məlum olduğu kimi, Eldar Mahmudov Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyindən çıxarıldıqdan sonra nazirlikdə bir sıra “təmizləmə” işləri aparalıb. JAM.AZ xəbər verir ki, indiyə qədər 7yüksək çinli MTN zabiti həbs olunub, bir neçəsi isə ev dustağı edilib.

Bu gün isə məlum olub ki, nazirliyin daha 9 yüksək vəzifəli əməkdaşı vəzifədən azad olunub. Onlar MTN-in Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov, Baş İdarə rəisi, general-mayor Tarverdi Məmmədov, Baş İdarə rəisi, general-mayor Pərviz Səfərov, Hərbi Hissə komandiri, general-mayor Vüqar Allahquliyev, MTN-in Hava Limanı İdarəsinin rəisi, polkovnik Pərviz Vəliyev, Nazirliyin Kadrlar İdarəsinin rəis müavini, polkovnik Tehran Babatov və Xətai, Pirallahı, Masallı rayon şöbələrinin rəisləridir.

JAM.AZ-a verilən məlumata görə, bir neçə gün əvvə prezidentin sərəncamı ilə MTN rəhbərinin birinci müavini təyin olunan Mədət Quliyev artıq yeni komanda formalaşdırmağa başlayıb. Qeyd edilir ki, Quliyevin formalaşdırmaq istədiyi komanda əsasn Eldar Mahmudovun dövründə MTN-dən işdən çıxarılmış şəxslərdən ibarət olacaq. Bundan başqa, narazıların da vəzifə başına gətiriləcəyi deyilir.

JAM.AZ-ın əldə etdiyi məlumata görə, həmin narazılardan biri, habelə incidilərək nazirlikdən işdən çıxarılmış, habelə uzun müddət haqqında müxtəlif təyinatlı təbliğat aparılmış daha bir şəxs MTN-də idarə rəisi təyin olunacaq. İddia edilir ki, həmin şəxs Rəşad Əliyevdir. Bu şəxs 2005-ci ildə məqsədli şəkildə işdən qovululan çekstlərdən sayılır.

Onun hazırda ARDNŞ-də mühüm post tutduğu deyilir. JAM.AZ-a verilən bilgilərdə qeyd edilir ki, Rəşad Əliyev faktiki olaraq ARDNŞ-in tərkibində fəaliyyət göstərən Strateji Obyektlər bə Neft Kəmərlərinin Mühafizəsi İdarəsinin rəisidir. Kifayət qədər əlaqəli olan Əliyevin, həmçinin ARDNŞ prezidenti Rövnəq Abdullayevin ən yaxın adamlarından biri olduğu deyilir.

Vurğulanır ki, Rəşad Əliyev MTN-dən çıxarıldıqdan dərhal sonra bu posta təyinat alıb. O, uzun müddət Bakıda aparılan əksər tikinti işlərinə də nəzarət edib. Belə ki, neft və qaz kəmərlərinin yaxınlığında inşa edilən evlərin bir çoxu məhz onun əməkdaşlarının müdaxiləsi nəticəsində yarımçıq qalıb.

Bundan başqa, Rəşad Əliyevin adı həmçinin bir neçə il əvvəl Sulutəpə qəsəbəsində evlərin sökülməsi prosesində də hallanıb. Belə ki, sözegdən şəxsin rəhbəri olduğu idarənin əməkdaşları qeyri-qanuni inşa edilmiş evlərin söküntüsünə zorakılıqla müdaxilə etmişdilər.

Bu əsnada verilən məlumatlarda o da deyilir ki, Rəşad Əliyev həm də, işdən çıxarıldıqdan sonra MTN işçilərinin “qənimi” kimi tanınıb. Bu ləqəbin ona niyə verildiyi isə hələlik bizə məlum deyil.

Yazıda adı keçən şəxsin də mövqeyini dərc etməyə hazırıq.

COMMENTS