Mübariz Qurbanlı Dini Komitənin sədri təyin olundu

Dosye.az Modern.az-a istinadən xəbər verir ki, bu gün Milli Məclisin deputatı Mübariz Qurbanlı Prezident İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Bunu öz feysbuq səhifəsində Mübariz Qurbanlının köməkçisi də təsdiqləyib. “Bu gün mənim üçün həqiqətən də çox gözəl və əlamətdar bir gün oldu. Bir ildən artıqdır ki, yanında çalışdığım qayğıkeş rəhbərim, çox səmimi insan olan Mubariz Qurbanli yeni vəzifəyə təyin edildi. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 iyul 2014-cü il tarixli Sərəncamına əsasən Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib. Mübariz müəllimi yeni yeni işi münasibətilə səmimi qəlbdən təbrik edir və daima uğurlar arzulayıram!”

Xəbəri YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov da təsdiqləyib.

COMMENTS