Müğənnidən arvadına 5 milyonluq hədiyyə

65 metrlik gəmi yay aylarında təhvil veriləcək
Azərbaycanda da çox tanınan türk müğənnisi həyat yoldaşına qiymətli hədiyyə edib.

ANS PRESS-in məlumatına görə, İstanbulda ən böyük gəmi sərgilərindən biri keçirilib. Sərgini gəzənlər arasında müğənni Mustafa Sandal ilə oğlu da olub.

“Avrasya Boat Show” da bir-birindən gözəl və bahalı gəmilər nümayiş edilib.

Mustafa Sandan həyat yoldaşı Əminə Ərdoğana bu sərgidən elə bahalı Sevgililər günü hədiyyəsi edib. O, həyat yoldaşına sərginin ən lüks gəmilərindən birini alıb. “Fairline Squadron” modeli 65 metr uzunluğunda, iki mərtəbəlidir.

Bu gəmi Sandala 5 milyon liraya (2 milyon 43 min dollara) başa gəlib. Nəqliyyat vasitəsindıə iki lüks yataq otağı, vanna otağı, salon, iki qonaq otağı var.

Gəmi müğənniyə yay aylarında təhvil veriləcək.

COMMENTS