Müxalifət partiyalarından Azərbaycan ordusuna dəstək

Müxalifət partiyalarından Azərbaycan ordusuna dəstək

mux.jpg

Bu gün KXCP-nin qərargahında 9 siyasi partiyanın mövcud hərbi – siyasi durumla bağlı müzakirəsi olub.

Avopa.info xəbər verir ki, müzakirələrdə Aydınlar Partiyası, Azadlıq Partiyası, Azərbaycan Xalq Partiyası, Böyük Azərbaycan Partiyası,Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Demokrat Partiyası, Milli Konqres Partiyası, Ümid Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası iştirak edib.

Toplantıda şəhidlərin xatirəsi sayğı duruşu ilə yad edilmiş, onların ailələrinə və yaxınlarına baş sağlığı verilib. Yaralıların tezliklə şəfa tapmaları üçün dualar edilib.

Müzakirələr zamanıl müvafiq qərarlar qəbul edilib.

Azərbaycan Ordusunun , işğal olunmuş torpaqların bir hissəsini azad etməsi uğurlu addım kimi qeyd olunub.

Azərbaycan hakimiyyətindən işğal olunmuş bütün torpaqlarımızın tam azad olunmasını təmin etmək üçün siyasi,diplomatik, hərbi və digər tədbirləri daha səylə və ardıcıl davam etdirməsi tələb edilib.

Toplantıda, bəzi partiyalar tərəfiundən hərbi səfərbərliklə bağlı təkliflər də səslənib.

COMMENTS