Naftalanda istirahət mərkəzi yanıb- YENİLƏNİR

Naftalan şəhərində ümumi sahəsi 325 kv.m olan istirahət mərkəzinin yanar konstruksiyaları 290 kv.m sahədə yanıb.

 

Trend Fövqəladə Hallar Hazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hal-hazırda fəaliyyət göstərməyən mərkəzin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın saat 06:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

COMMENTS