“Narahat olmayın, koronavirusdan heç kim ölməyəcək” – Lukaşenko söz verib

“Narahat olmayın, koronavirusdan heç kim ölməyəcək” – Lukaşenko söz verib

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsində koronavirusdan ölənlərin olmadığını elan edib. Virtualaz.org bildirir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

A.Lukaşenko bildirib ki, həyatını itirən şəxslər müxtəlif xroniki xəstəlikdən əziyyət çəkib.

Çıxışının davamında Belarus lideri vətəndaşlarına söz verib ki, ölkədə heç kim koronavirusdan ölməyəcək: “Narahat olmayın. Ölkəmizdə koronavirusdan heç kim ölməyəcək. Bunu açıq şəkildə bəyan edirəm. Bu mənim yalnız ötən illərin təhlilinə əsaslanaraq gəldiyim qəti əminlik deyil. Bizim bu il də əldə etdiyimiz təcrübə var”.

Bundan əlavə, Lukaşenko insanların ehtiyat tədbirlərinə riayət etdiklərini söyləyib: “Afərin sizə. Heç nəyi qadağan etmirik, amma həyat öz əlinizdədir. İnsan getmək istəmədiyi yerə getmir. Heç nəyi qadağan etmirik, heç bir karantin yoxdur. İndi küçədə boş gəzən insanlar yoxdur. Yəni insanlar reaksiya verdilər, bunu başa düşürlər və onları mənzillərdə saxlamaq, orada kilidləmək lazım deyil”.

DOSYE.ORG

COMMENTS