Narkobaron Zaqatalada ələ keçdi

Narkobaron Zaqatalada ələ keçdi

Zaqatalada heroin satan şəxs saxlanılıb.

Bu barədə virtualaz.org-un Şimal-qərb bürosuna DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, polis əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin saxlanılması və onun satışı ilə məşğul olan Zaqatala şəhər sakini, əvvəllər də məhkum olunmuş 42 yaşlı Rəşad Hünərbəri saxlanılıb. Qanunvericiliklə müəyyən edilmiş qaydada onun yaşadığı evə baxış keçirilən zaman oradan ümumi təmiz çəkisi 62,27 qram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS