Naxçıvan Dövlət Universitetində nə baş verir?

Bu il Naxçıvan Dövlət Universitetində (NDU) jurnalistika fakültəsinin I kursu olmayacaq.

 

“Universitetin jurnalistika fakültəsinə qəbul olan yeganə tələbə ixtisasını dəyişmək istəyinmi açıqlayıb”. Bu barədə Modern.az-a universitetin tədris şöbəsindən məlumat veriblər. Şöbədən həmçinin bildiriblər ki, həmin tələbənin ixtisası dəyişdiriləcək:

“Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına bu barədə məktub yazmışıq. Onlar tələbənin öz qrupu daxilində universitetimizin digər bir fakültəyə yerləşdirəcəklər”.

NDU-nun jurnalistika fakültəsinə qəbul qabiliyyət imtahanı ilə aparılıb. Qabiliyyətdən keçən 51 nəfərdən 47-si sözügedən ixtisasına yiyələnmək istəyib. Sonda cəmi bir nəfəri NDU-nun jurnalistika fakültəsini seçib.

COMMENTS