Nazarovun komandası pley-offa düşdü

Nazarovun komandası pley-offa düşdü

Millimizin futbolçusu Dmitri Nazarov bu gün Almaniya 2-ci Bundesliqasında başa çatan mövsümün sonuncu – 34-cü turunun matçında meydana çıxıb.

Qol.az-ın məlumatına görə, Nazarovun çıxış etdiyi “Aue” səfərdə “Darmştadt”la qarşılaşıb və 0:1 hesabı ilə uduzub. Əsas heyətdə oyuna çıxan futbolçumuz 79-cu dəqiqədə Mario Kvesiçlə əvəzlənib.

Bu məğubiyyətdən sonra “Aue”nin 18 komanda arasında 16-cı yeri tutması qətiləşib. 34 matçda 40 xal toplayan komanda 2-ci Bundesliqada qalmaq üçün pley-off matçlarında oynayacaq. Pley-offda “Aue”nin rəqibi “Karlsrue” olacaq. Matçlar mayın 18-i və 23-də keçiriləcək.

Dosye.org

COMMENTS