Nazir Anar Qasımovu vəzifəsindən azad etdi

Nazir Anar Qasımovu vəzifəsindən azad etdi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin müdiri Anar Qasımov vəzifəsindən azad edilib.

DOSYE.ORG Report-a istinadən xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev əmr imzalayıb.

Nazirin digər əmri ilə onun yerinə bu vəzifəyə Ceyhun Hüseynzadə təyin edilib.

Bu təyinata qədər C.Hüseynzadə adıçəkilən şöbədə müdir müavini vəzifəsində çalışıb.

A.Qasımov isə Azercell Telekom MMC-nin transformasiya proqram meneceri təyin edilib.

COMMENTS