Nazir iki direktoru işdən çıxardı

Nazir iki direktoru işdən çıxardı

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişiklikləri olub. 
Dosye.org oxu.az-a istinadən xəbər verir ki, bu barədə nazir İnam Kərimov müvafiq əmr imzalayıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov məlumatı təsdiq edib. O bildirib ki, hər iki şəxs Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyət prinsiplərinə zidd hərəkət etdikləri üçün vəzifələrindən azad ediliblər:
“Bizim qurumun fəaliyyət prinsipləri fermerlərə yaxınlıq, şəffaf, səmərəli idarəetmə və innovasiyaların tətbiqidir. Çıxarılan şəxslər konkret olaraq fermerlərə yaxınlıq prinsipini pozduqları üçün işdən çıxarılıblar”.
Onların yerinə təyinat yoxdur.
DOSYE.ORG

COMMENTS