Nazir yeni direktor təyin etdi

Rövşən Əliyev Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) baş direktoru vəzifəsinə təyin edilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nazir Ramin Quluzadə bununla bağlı müvafiq əmr imzalayıb.

Qeyd edək ki, R. Əliyev bu ilin 5 fevral 2016-cı il tarixdən BTRİB-də  baş direktorun müavini vəzifəsinə təyin olunub və baş direktor vəzifəsini müvəqqəti icra edib.

Dosye.az

COMMENTS