Nazirlik ölkə vətəndaşlarına xəbərdarlıq etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublika ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

Axar.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı xəbərdarlıqda qeyd olunur ki, avqustun 16-dan başlayaraq ikinci ongünlüyün sonunadək Naxçıvan Muxtar Respublikasında və bəzi aran rayonlarında gündüz saatlarında maksimal temperaturun 40-43 dərəcəyə yüksələcəyi gözlənilir.

Bakı və Abşeron yarımadasında isə 35-38, bəzi ərazilərdə 40 dərəcəyədək isti proqnozlaşdırılır.

COMMENTS