Nazirlik rəsmisi meşələrin qırılmasının əsas səbəblərini AÇIQLADI

Nazirlik rəsmisi meşələrin qırılmasının əsas səbəblərini AÇIQLADI

“Lerik və Oğuz rayonlarında meşə kəndə çox yaxındır, hətta kəndlər meşənin içərisindədir. Ona görə insanların meşəyə müdaxiləsi olur.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov bildirib.

Onun sözlərinə görə, sözügedən rayonlarda ağac kəsmə halları digər ərazilərdən daha çoxdur:

“Əsas səbəblərdən biri burada olan kəndlərin meşə ərazisinə çox yaxın və ya meşənin içərisində yerləşməsidir. Bundan başqa Lerik və Oğuz rayonlarında digər rayonlara nisbətən qazlaşma aşağıdır. Bu da meşələrə müdaxilələrə səbəb olur”.

COMMENTS