“Neftçi” növbəti mərhələdə

Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin oyunlarına yekun vurulub.

 

 

Qol.Az-ın məlumatına görə, Azərbaycan kubokunun qalibi “Neftçi” də bu gün meydana çıxıb.

Böyükağa Hacıyevin rəhbərlik etdiyi komanda səfərdə Sloveniyanın “Koper” klubu ilə qarşılaşıb. İlk oyunda doğma meydanda rəqibinə uduzan (1:2) komandamız çətin sınaq qarşısında idi.

“Ağ-qaralar” mərhələni adlamaq üçün rəqib qapısından ən azı iki cavabsız qol keçirməli idi ki, bunu da bacarıb – 2:0. Bununla da, “Neftçi” Avroliqadakı mübarizəni davam etdirir. Təmsilçimizin növbəti mərhələdəki rəqibi Gürcüstanın “Çixura” klubu olacaq.

COMMENTS