“Neftçi”nin məşqində insident: Arif Əsədov legionerlə tutaşdı

“Neftçi” qalmaqallı legioner Ernest Nforu əvəzedici heyətə göndərib.

Kamerunlu futbolçu Topaz Premyer Liqasının XX turu çərçivəsində “Simurq”la keçiriləcək matçda forma geyinməyəcək.
 
Onun əsas komandaya qayıdacağı şübhə altındadı. Buna səbəb isə futbolçunun baş məşqçi Arif Əsədovla arasındakı son insidentdi. Məşqdə Əsədovla tutaşan afrikalı qeyri-müəyyən müddətə cəzalandırılıb.
 
Klub rəhbərliyi tərəfindən böyük məbləğdə cərimələnəcəyi dəqiqləşən Nfor artıq “Neftçi”dən getməyə hazırlaşa bilər.
 
Bununla bağlı “Neftçi”nin rəsmi saytı da məlumat yayıb. Bildirilir ki, Nfor çempionat oyunları və məşq prosesinə peşəkar səviyyəsindən aşağı yanaşdığı, eləcə də, klubdaxili intizam qaydalarını pozduğu üçün məşqçilər korpusunun təqdimatına əsasən əvəzedici heyətə göndərilib.

sportinfo

COMMENTS