“Neftçi”dən qorxmuruq” – “Aris”in baş məşqçisi

“Neftçi”dən qorxmuruq” – “Aris”in baş məşqçisi

“Sabah bizi çətin oyun gözləyir. Çox yaxşı hazırlıq keçmişik.  “Neftçi” güclü rəqibdir. Komanda şəklində sabahkı matça hazırlaşmışıq. “Neftçi”nin kifayət qədər avrokubok təcrübəsi var. Amma bu o demək deyil ki, rəqibdən qorxuruq. Sabah biz də sona qədər mübarizə aparacağıq. Rəqibə hörmətlə yanaşırıq, amma qorxmuruq”.

Qol.az xəbər verir ki, bu sözləri Kipr “Aris”inin baş məşqçisi Aleksey Şpilevski Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” ilə ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O, Bakı təmsilçisini yaxşı analiz etdiklərini söyləyib: “Neftçi”nin yeni baş məşqçisi, üslubu və transferləri var. Amma onlara qarşı müəyyən plan hazırlaşmışıq. Yaxşı oyun keçirəcəyimizə inanıram. Evdə çıxış edəcəyimiz üçün azarkeşlərin bizdən hücum futbolu tələb etməsi normaldır”.

Qeyd edək ki, sabah Kiprdə “AEK Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

COMMENTS