“Neftçi”nin legioneri Mərakeş yığmasına qol vurdu

“Neftçi”nin legioneri Mərakeş yığmasına qol vurdu

“Neftçi”nin futbolçusu Mamadu Kane Qvineya millisinin heyətində qol vurub.

Qol.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsində Mərakeşə qarşı keçirdikləri oyunda fərqlənib.

Start heyətdə meydana çıxan Kane 31-ci dəqiqədə komandasının bərabərlik qolunu vurub. Ancaq Qvineya yığması doğma meydanda 1:4 hesabıyla uduzub.

Qeyd edək ki, 4 oyunda 3 xal toplamış Qvineya yığması yer aldığı İ qrupunda üçüncü pillədə qərarlaşıb.

DOSYE.ORG

COMMENTS