Neftçi”nin sabiq futbolçusu meydançada öldü

Malayziya çempionatında ölüm hadisəsi baş verib. APA-nın məlumatına görə, “T-Team” klubunda çıxış edən Nigeriyalı müdafiəçi David Oniya “Keltan”la qarşılaşma zamanı meydançada vəfat edib.

Matçın 3-cü dəqiqəsində huşunu itirərək yerə yıxılan müdafiəçi tez xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Xatırladaq ki, 30 yaşlı futbolçu bir müddət Azərbaycan çempionatında da çıxış edib.

Mərhum futbolçu 2004-2007-ci illər arasında “Neftçi” klubunda meydana çıxdığı 74 oyunda 2 qol vurmuşdu.

COMMENTS